Niderland Azərbaycana itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün maliyyə yardımı ayıracaq
Niderland bölgədə əmin-amanlığın təmin edilməsi istiqamətindəki fəaliyyətləri müsbət qiymətləndirir və yaxın vaxtlarda Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanacağına inanır. Oxu.az-ın məlumatına görə, bunu Niderlandın xarici işlər naziri Tom Berendsen deyib.
Onun sözlərinə görə, Niderland Azərbaycan və Ermənistanda itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün maliyyə yardımı göstərəcək. Berendsen İrəvanda erməni həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bu barədə açıqlama verib.
“İtkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq, meyitləri tapmaq məqsədilə İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya vasitəsilə yeni maliyyə dəstəyi ayrılacaq”, – deyə o bildirib.
Diplomat konkret hansı məbləğin ayrılacağını açıqlamayıb. Niderlandlı nazir maliyyə yardımı ilə yanaşı, dəstəyin digər variantlarının da ola biləcəyini istisna etməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ Venesueladan yeni seçkilərin keçirilməsini tələb edir
Tehranda gizli zirvə: Səudiyyə, Pakistan və Türkiyə rəsmiləri İranda
Trampın golf layihəsində ağac kəsiminə yeni məhkəmə əngəli
Hava limanı işçiləri üçün sərt qaydalar: oturmaq qadağandır
İsraildə 7 oktyabr qurbanları anıldı, seçkilər keçirildi
Van Qoqun "Ulduzlu Gecə" əsərinin çəkildiyi tarix dəyişə bilər