Yollarda təhlükə: Sürücülərə hava xəbərdarlığı!
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollarda hərəkət intensivliyinin artması və bəzi ərazilərdə müşahidə olunan yağışlı və küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. Sürücülərdən daha diqqətli və məsuliyyətli olmaları tələb olunur.
Minval.info xəbər verir ki, idarə hava və yol şəraitini düzgün qiymətləndirməyi, sürət həddini mövcud şəraitə uyğun seçməyi, ara məsafəsini artırmağı, kəskin manevr və ani tormozlamadan çəkinməyi tövsiyə edir. Xüsusilə yağış zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması nəzərə alınmalı, küləkli havada isə nəqliyyat vasitəsinin idarəetmədən çıxma ehtimalına qarşı ehtiyatlı davranılmalıdır.
Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığına, xüsusilə şinlərin, işıq cihazlarının və şüşəsilənlərin vəziyyətinə diqqət yetirilməsi vacibdir. Həftəsonunu xoş və təhlükəsiz keçirmək üçün hər kəsi yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özünün və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə həssas yanaşmağa çağırırıq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib