Yol qısaltmaq istəyi faciəyə səbəb oldu
Sentyabrın 3-də Xəzər rayonunun Şağan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi, yollarda təhlükəsizlik qaydalarına riayət etməyin nə qədər vacib olduğunu bir daha ortaya qoydu. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, çoxzolaqlı yolların hər bir zolağı ayrı-ayrılıqda təhlükə mənbəyidir. Bir zolaqdakı sürücü piyadanı görsə də, digər zolaqda hərəkət edən sürücü onu vaxtında fərq etməyə bilər. Avtomobillərin arasından qəfil yola çıxmaq, yolun ortasında dayanmaq və ya geri qayıtmaq qəza riskini artırır.
Minval.info xəbər verir ki, R.Tağıyev, intensiv hərəkətin olduğu yollarda məsafəni gözlə hesablamağın aldadıcı ola biləcəyini vurğulayıb. Uzaqda görünən avtomobil qısa müddətdə piyadanın olduğu nöqtəyə çata bilər. Piyadaların hərəkət hissəsində olarkən bütün zolaqlardakı nəqliyyat vasitələrinin sürətini və məsafəsini eyni anda düzgün qiymətləndirə bilmədiklərini qeyd edib. Yolu qaçaraq keçmək təhlükəli sahədə qalma müddətini azaltmır, əksinə, vəziyyətə nəzarəti zəiflədir. Bir neçə saniyə tez qarşı tərəfə çatmaq istəyi insanı bir neçə fərqli risklə üz-üzə qoyur.
DYP rəsmisi piyadalara müraciət edərək, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb. “Bir neçə dəqiqəyə qənaət etmək üçün həyatınızı riskə atmayın. Yolun digər tərəfinə ən qısa yolla deyil, ən təhlükəsiz yolla keçin. Yaxınlıqda piyada keçidi və ya yerüstü keçid varsa, ondan istifadə etmək seçim deyil, həyatınızı qoruyan zərurətdir. Yolunuzu qısaltmağa deyil, mənzil başına sağ-salamat çatmağa çalışın”, – deyə o bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib