Yol polisindən dəhşətli yanğınla bağlı sürücülərə MÜRACİƏT
Bakı şəhər Baş Polis İdarəsi “Eurohome” Ticarət Mərkəzində baş verən yanğınla bağlı sürücülərə müraciət edib.
Minval.info xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur:
“Xəbər verdiyimiz kimi, səhər saatlarında “Eurohome” Ticarət Mərkəzində baş verən yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb. Vəziyyəti təhlil etdiyimiz zaman məsləhət görərik ki, Bakıdan Sumqayıt istiqamətində gedən sürücülər Sabunçu-Zabrat-Novxanı-Balaxanı yolu ilə hərəkət etsinlər. Çox sürücü düşünür ki, Biləcəridən keçmək daha məqsədə uyğundur. Ancaq hazırda bütün nəqliyyat vasitələri həmin istiqamətə hərəkət etdiyi üçün ərazidə yolda sıxlıq müşahidə olunur.
Sumqayıtdan Bakı istiqamətinə gələnlər isə ən yaxşı halda Sumqayıt daxili dənizkənarı yolla Mehdiabad-Digah-Məmmədli-Maştağa-Sabunçu-Ziya Bünyadov yolu ilə hərəkət etsin.
Xırdalan dairəsi kimi tanınan ərazidən avtomobillərin hərəkəti sadəcə Xırdalan qəsəbəsinin daxilinə yönləndirilib.
Sürücülərdən xahiş edirik ki, yaranmış vəziyyəti təhlil edib düzgün qərar versinlər.
Məhdudiyyət tam yanğın söndürülənə qədər davam edəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO