“Yığılan vəsait məmurların cibinə gedirdi”
“Dövlə
t tərəfindən, mərkəzi icra orqanları tərəfindən rayonların inkişafı ilə bağlı böyük işlər görülüb, işlərin böyük hissəsi görülüb. Siz yerlərdə elə işləyin ki, rayonlar daha sürətlə inkişaf etsin”.
“Minval.info” xəbər verir ki, bunu Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bir çox rayonlar artıq mərkəzdən dotasiya almır: “Ancaq 10 il bundan əvvəl demək olar ki, rayonların mütləq əksəriyyəti dotasiya alırdı. Nə üçün? Çünki yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi, dövlət xəzinəsinə, dövlət büdcəsinə yox, məmurların cibinə. Gecə-gündüz elə burada, qapılarda fırlanıb, hansısa maddi dəstək, maddi yardım istəyənlərin sayı kifayət qədər çox idi, icra başçılarını nəzərdə tuturam. Amma aparılan islahatlar nəticəsində indi bir çox rayonlar artıq dotasiya almır. Biz elə etməliyik ki, ümumiyyətlə, rayonların inkişafı yerlərdə, bütün rayonlarda yığılan vəsait hesabına təmin olunsun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah Bakıda sulu qar yağa bilər
Bu gün güclü isti gözlənilir - XƏBƏRDARLIQ
Birdəfəlik yardım üçün müraciətdə növbə bu rayonlarındır
Neftin qiyməti üç illik rekordu qırdı
Daha hansı separatçıların həbsi gözlənilir? - Ekspertdən açıqlama
Bakıda universitetdə maraqlı evlilik təklifi - VİDEO
Müğənni aparıcının geyimini tənqid etdi: Yaşınıza yaraşdırmadım - VİDEO