Yeznəsini başqa qadınla tutub yandırdı - Azərbaycanda dəhşət
Tovuzda dəhşətli hadisə baş verib.
Minval.info trend-ə istinadən məlumatına görə, hadisə rayonun Qovlar qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Ələkbərov Elbrus İmran oğlunun üstünə benzin töküb od vurublar.
Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni E.Ələkbərovun qaynı Ələkbərov Vüqar İman oğlu törədib.
Belə ki, oktyabrın 4-də gecə saat 1 radələrində V.Ələkbərov E. Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu görüb. Nəticədə qayın və kürəkən arasında münaqişə başlayıb. Münaqişə nəticəsində V.Ələkbərov özü ilə gətirdiyi benzini E.Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb.
E.Ələkbərov qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda hadisəni törədən V.Ələkbərovun saxlanılması istiqamətində axtarış tədbirlərinə başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranda təyyarə havada parçalandı: Möcüzəvi eniş!
ABŞ-ın İrana qarşı əməliyyatı: 18 hərbçi həlak oldu
Los-Ancelesdə helikopter qəzası: 3 ölü
ABŞ orbitə gizli kosmik silah yerləşdirdi
Çinə giriş-çıxış qaydaları sərtləşdi: Cərimələr artırıldı
Qəbələdə avtomobil qəzası: 65 yaşlı kişi öldü
Göygöldə "Chevrolet" aşdı: 3 yaralı xəstəxanada