Xırdalanda faciə: 19 yaşlı idmançı qumbara qurbanı oldu
Xırdalanda baş verən partlayışın təfərrüatları məlum olub. Hadisə 19 yaşlı Xədicə Mustafayevanın əl qumbarası ilə ehtiyatsız davranması nəticəsində baş verib. Şahidlərin sözlərinə görə, Xədicə həyətdə qanlar içində tapılıb və ağır xəsarətlər alıb. Qardaşı onu xəstəxanaya aparmağa çalışsa da, yolda həyatını itirib.
Minval.info xəbər verir ki, ailənin dörd övladı olub və Xədicə üç qardaşın bir bacısı idi. Qumbaranın qardaşlardan biri tərəfindən müxtəlif yollarla əldə edilərək evdə gizlədildiyi bildirilir. Hadisə günü Xədicə qumbaranı tapıb və ehtiyatsız davranış nəticəsində partlayış baş verib.
Abşeron Rayon Prokurorluğunda faktla bağlı cinayət işi açılıb və istintaq aparılır. Xədicə Mustafayeva kikboksinq üzrə dəfələrlə turnir qalibi olmuş idmançı idi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tiktoker Əhdi və dostu azadlığa buraxıldı
FES faiz artımı: ABŞ iqtisadiyyatı sarsılır?
Yardımlıda icra hakimiyyətində rüşvət əməliyyatı: Həbs uzadıldı
Cəlilabadda 18 kiloqram narkotik ələ keçirildi
Ata 2 yaşlı oğlunu komaya saldı
Kamran Əliyev Şamaxıda 33 vətəndaşı dinlədi
Roşkanın məhkəməsində ekspert dindiriləcək