17.09.2026 - 08:00
Ölkə 15 baxış

Naxçıvanda 26 yaşlı gənc dekan müavini oldu

Naxçıvan Dövlət Universitetində (NDU) yeni kadr təyinatı həyata keçirilib. Universitetin rektoru Elbrus İsayevin imzaladığı əmrə əsasən, Məhərrəm Həsənov İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan müavini vəzifəsinə təyin edilib.

Minval.info xəbər verir ki, 2000-ci il təvəllüdlü Məhərrəm Həsənov NDU-da 2017-2021-ci illərdə bakalavr, 2021-2023-cü illərdə isə magistr təhsili alıb. O, daha əvvəl universitetdə tyutor, müəllim və akademik məsləhətçi kimi çalışıb. Gənc mütəxəssis bir dərs və metodik vəsaitin müəllifidir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: