Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
DİN Mətbuat Xidmətindən Minval.info-ya verilən məlumata görə, noyabrın 29-da Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Nizami və Xətai Rayon Polis idarələrinin əməkdaşları ilə birgə həmin rayonların ərazisində tədbirlər keçiriblər.
Reydlər nəticəsində Nizami rayonu ərazisində 4, Xətai rayonu ərazisində isə 2 mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilmişdir. Həmin mağaza və köşklərin 6 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunmuş və hər biri 100 manat cərimə olunmuşdur.
Bu istiqamətdə reydlər davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!