Yeni tədris ili başlayır: kirayə bazarında vəziyyət necədir?
Bu il yeni tədris ili sentyabrın 17-də başlayacaq.
Buna səbəb 15 sentyabrın həftənin şənbə gününə təsadüf etməsidir. Artıq paytaxt Bakıda yeni tədris ili ilə bağlı hiss olunacaq dərəcədə sıxlıq müşahidə edilməkdədir. Paytaxta axın həm də kirayə bazarında canlanma yaradıb. Tələb çox, təklifdəki qiymətlər isə sözün əsl mənasında “əl yandırır”.
Hazırda kirayə bazarında qiymətlər 30-40 faiz bahalaşıb. Bölgələrdə yaşayan və paytaxtdakı universitetlərə qəbul olunan tələbələr ev axtarışına çıxıb. Bu isə kirayə bazarında tələbin artmasına səbəb olub.
Ev alğı-satqısı ilə məşğul olan Natiq Bəhramov Modern.az-a bildirib ki, sentyabrda Bakıda kirayə qiymətləri avqustla müqayisədə artıb.
O qeyd edib ki, universitetlərin yerləşdiyi ərazilərdə təmirindən asılı olaraq 1 otaqlı evlər 200-250 manata, 2 otaqlı evlər 350-400 manata, 3 otaqlı evlər isə 500 manatdan başlayan qiymətlərlə təklif olunur.
Artım daha çox ali məktəblərin yerləşdiyi ərazilərdə metroya yaxın və şəhərin mərkəzi hissələrində olan evlərdə müşahidə olunur. Yay aylarında 250-300 manata təklif edilən evlərin qiyməti hazırda 400-450 manatadək bahalaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır