Yeni mənzillərin açarlarının jurnalistlərə təqdim olunacağı vaxt məlum oldu
Yeni mənzillərin açarları sabah jurnalistlərə təqdim olunacaqSabah jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarlarının təqdimetmə mərasimi keçiriləcək. Minval.İnfo-nun Movqe.az-a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da iştirak edəcək. Jurnalistlərə mənzillərin açarları sabah saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktou Vüqar Səfərli ötən həftə mətbuata verdiyi açıqlamasında binanın istismara tam hazır olduğunu, sənədləşmə işlərinin başa çatdığını bildirmişdi.
Xatırladaq ki, jurnalistlər üçün tikilən ikinci yaşayış binasının açılışı iyulun 20-də – Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Bibiheybət qəsəbəsində inşa edilən və istismara tam hazır olan binada 255 mənzil var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib