Yeni "iPhone" gəlir -
Növbəti nəsil “Apple” smartfonlarının təqdimetmə tarixi məlum olub. Son illər üzrə təqdimat cədvəli və bəzi başqa amillərə əsaslanaraq, yeni smartfonların 12 sentyabr 2018-ci il tarixində təqdim ediləcəyi gözlənilir.
Minval.info “ICTnews”a istinadən xəbər verir ki, “Apple” belə tədbirləri adətən çərşənbə axşamı və çərşənbə günləri, həm də sentyabrın ikinci həftəsinədək keçirir. Beləliklə, 4 və 5 sentyabr, həmçinin 11 və 12 sentyabr bu tədbirin keçirilməsi üçün uyğundur. 3 sentyabrda ABŞ-da Əmək Günü qeyd olunur, buna görə tədbirin 4 və ya 5 sentyabrda keçirilməsi ağlabatan deyil. “Apple” şirkətinin yeni nəsil “iPhone” smartfonunu 11 sentyabr tarixində təqdim etməsi real sayılmır, çünki həmin gün ölkədə matəmdir. Yeni “iPhone” smartfonları 12 sentyabr tarixində təqdim edildiyi halda 21 sentyabrda satışa çıxarıla bilər.
Şayiələrə görə, “Apple” payızda 5,8 və 6,5 düym diaqonallı iki OLED-model, yeni “iPhone X” və “iPhone X Plus”, həmçinin “iPhone 9” kimi adlandırılan 6,1 düymlük ucuz LCD-modelini təqdim edəcək. Bütün aparatlar çərçivəsiz dizayn, sifətə görə istifadəçinin tanınması funksiyası (“Face ID”) və “A12” sürətli prosessoru ilə təchiz ediləcək.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar