11.08.2019 - 10:40
Media
19 baxış
“Yeni gündəm” saytı 2 yaşında
2017-ci ilin avqustun 10-da fəaliyyətə başlayan portal iki il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və qısa müddət ərzində kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub.
Portalın baş redaktoru Təbriz Məhərrəmoğlu bildirib ki, yeni yaranmış informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin məsələdir: “Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq biz ötən iki il ərzində “Yenigundem”i tanıtdıra və özünün oxucu dairəsini yarada bildik. Bundan başqa, aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq”. Onu da qeyd edim ki, “Yenigundem”in qarşısında məqsədlərinə nail olmaq üçün hələ qət ediləsi uzun bir yol var: “Məqsədimiz yalnız ölkə daxilində mövqe qazanmaq deyil. Eyni zamanda portalı Azərbaycan həqiqətlərinin dünyada təbliğ edilməsi işində ciddi informasiya ruporuna çevirməkdir”.
Təbriz Məhərrəmoğlu onu da bildirib ki, qarşıdakı müddətdə “Yenigundem” öz fəaliyyətini daha da genişləndirəcək: “Sıralarımızı böyütməyə, texniki imkanlarımızı daha da gücləndiriməyə çalışırıq. Hədəfimiz daha böyük izləyici auditoriyası toplamaqdır. Bu istiqamətdə konkret fəaliyyət proqramımız var. Axsayan və üstün tərəflərimizi təhlil edirik ki, növbəti mərhələlərdə büdrəməyək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
19.10.2026 - 17:44
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
12.10.2026 - 14:14
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
12.10.2026 - 12:34
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
05.10.2026 - 19:27
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
05.10.2026 - 10:07
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
01.10.2026 - 13:50
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir
28.09.2026 - 19:55
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək
27.09.2026 - 09:30
