Yeni çimərliklərdə pulsuz xidmətlər: Vətəndaşlar üçün hansı imkanlar yaradılıb?
Bu il Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə ölkə daxilində ümumilikdə 30 hektar sahəni əhatə edən 10 yeni ictimai çimərlik istifadəyə verilib.
Hər biri 3 hektar sahəyə malik olan bu çimərliklərdən dördü Novxanı və Coratda, üçü Şüvəlanda, ikisi Türkanda, biri isə Şıx ərazisində yerləşir. Minval.info xəbər verir ki, bu çimərliklərdə vətəndaşların təhlükəsizliyi və rahatlığı üçün xüsusi tədbirlər görülüb.
Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Rufik İsmayılovun verdiyi məlumata görə, çimərliklərin yaxınlığında avtomobillərin sahil zolağına daxil olmasının qarşısını almaq məqsədilə pulsuz avtodayanacaqlar təşkil edilib. Çimərliklərə giriş, avtodayanacaqlardan istifadə, daimi su ilə təmin olunan sanitar qovşaqları, soyunub-geyinmə otaqları, uşaq əyləncə meydançaları, futbol və voleybol sahələri tamamilə ödənişsizdir.
ƏLAQƏLİ
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala yüksəldi
R.İsmayılov əlavə edib ki, çətirlərin altında istirahət etmək və günəşlənmək üçün də vətəndaşlardan heç bir ödəniş tələb olunmur. Yalnız stol və stulların icarəsi ödənişlidir və bu xidmət könüllü olaraq təqdim edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala yüksəldi
Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı
Emin Mahmudov milli karyerasını başa vurmaq qərarına gəlib
Neymardan Ronaldoya vida mesajı: Əfsanə!
Qadın hakimə qarşı seksist təhqirlər: İstintaq başladıldı
Batrakov: "Çox xoşbəxtəm"
İspan futbolçu Xesus de Migel qapıçı ilə toqquşmadan sonra vəfat edib