"Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" yaxın günlərdə nəşrə göndəriləcək"
“Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin hazırlığı istiqamətində son tamamlanma işləri görülür”.
Bunu “Report”a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
O bildirib ki, lüğət yaxın günlərdə nəşrə göndəriləcək: “Hazırda “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə əməkdaşlarımız tərəfindən baxış keçirilir. Bütün sözlər hərfbəhərf yoxlanılır. Eyni zamanda Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarında yer alan bütün sözlər də lüğətdə qeyd olunub. Bundan əvvəlki orfoqrafiya lüğətində olmayan 4000 yeni söz daxil edilib. Bununla yanaşı, əvvəlki lüğətdə olan, təxminən, 1000 söz isə yeni lüğətə daxil edilməyib. Bilirsiniz ki, 2013-cü ildə nəşr olunan orfoqrafiya lüğəti tənqid olunmuşdu və xeyli iradlar var idi. Biz yeni lüğət hazırlanan zaman bütün bu tənqid və iradları nəzərə almışıq”.
M.Nağısoylunun sözlərinə görə, yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” sentyabr ayında ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” təqribən 5 ildən bir hazırlanır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO