“Yeganə ifaçıyam ki, daydayım yoxdur” – Əməkdar artist – VİDEO
“Show News” verilişinin növbəti müsahibi əməkdar artist Baloğlan Əşrəfov olub.
Əməkdar artist qalmaqalla gündəmə gələn həmkarlarını sərt tənqid edib:
“Elə müğənni var ki, oxumağını eşitməmişəm, qalmaqallarını eşitmişəm. Yaz gülü kimidirlər. 1 ay keçmir solurlar. Müğənni qalmaqalla gündəmdə qalmamalıdır. Bu ona xeyir gətirməz. Arxamda dayanacaq dayım, əmim yoxdur. Yeganə ifaçıyam ki, məni ifama görə dəvət ediblər. Azərbaycanda elə kişi varsa, desin ki, Baloğlanı mən xahiş edib tədbirlərə dəvət etdirmişəm. Eşitdiyimə görə, “YouTube”da saxta baxış sayını artırırlar. Mən belə şeyləri bilmirəm, lazım da deyil. İstəyirəm məni sevənlər həqiqəti əks etdirsin, yalandan sevgi olmur”.
https://www.youtube.com/watch?v=RTkQpNcTOm4&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi
