Yaşayış kompleksində qeyri-adi qadağa - "Şort geyinmək olmaz"
“AAAF Park” yaşayış kompleksinin ərazisində və istirahət parkında şort geyinmək qadağandır.
Minval.info xəbər verir ki, bu barədə sakinlər məlumat verib və şirkətin məsul şəxsi isə deyilənləri inkar etməyib.
Şikayətçilər mənzil satılan zaman “AAAF Park”ı belə qadağanın olması barədə heç bir məlumat verməməkdə günahlandırıb. Şirkətin məsul nümayəndəsi Rəşad Əliyev orada yaşayan sakinlərin istəyi əsasında bu addımın atıldığını deyib.
Şikayətçilərdən biri şort qadağasını “rəzillik və biabırçılıq” adlandıraraq sərt reaksiya verib.
Qeyd edək ki, “AAAF Park”ın özünəməxsus qadağaları var. Məsələn, parka bir neçə oğlanın birgə daxil olmasına icazə verilmir. Orada ailəvi istirahət edənlərin rahatlığının təmin olunması məqsədilə belə addım atıldığı bildirilir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib