Yasamalda qaz təchizatı niyə dayandırılıb - "Azəriqaz"dan cavab

Bu gün Yasamal rayonun bəzi ərazilərində qaz təchizatında məhdudiyyətlər olub. Bu barədə rayon sakinləri müraciət edərək bildirib.
Məsələ ilə bağlı açıqlama verən “Azəriqaz” İB-in mətbuat katibi İbrahim Kərbəlayev bildirib ki, bu gün saat 10.00-da magistral qaz kəmərlərində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar Yasamal rayonun bəzi ərazilərində qazın verilməsində məhdudiyyətlər olub: “Gün ərzində qaz təchizatı bərpa ediləcək”.
Kərbəlayev 185 qaynar xətti ilə əlaqədə problemin olması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, çağrı mərkəzi günün 24 saatı fəaliyyət göstərir: “Çağrı mərkəzi növbəlilik prinsipi ilə bütün gün ərzində fəaliyyət göstərir. Zənglər çox olduqda digər abonentlər gözləmə mövqeyinə qoyulur və növbəli olaraq xəttə qoşulurlar”. (Sputnik.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!