Yasamalda mülkiyyət savaşı: Kərimovlar vs Mərdanova
Yasamal rayonunda yerləşən bir evlə bağlı mülkiyyət mübahisəsi yaranıb. İsmayıl bəy Qutqaşınlı küçəsi, 27 ünvanında yerləşən bu evin mülkiyyəti ilə bağlı Kərimovlar ailəsi və Xumar Mərdanova arasında məhkəmə çəkişməsi davam edir.
Minval.info xəbər verir ki, Kərimovlar ailəsi 2011-ci ildə məhkəmə qaydasında evə dair dövlət reyestrindən çıxarış alaraq mülkiyyət hüququnu rəsmiləşdirib. Lakin ailənin sözlərinə görə, illər sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova evə dair iddia qaldırıb və məhkəmə onun tələblərini təmin edib.
Riyad Kərimovun sözlərinə görə, ailə 2011-ci ildə evə sənəd almaq üçün Yasamal Rayon Məhkəməsinə müraciət edib və məlum olub ki, ev 1998-ci ildə Mərdanova Xumara bağışlama və vərəsəlik yolu ilə keçirilib. Bu barədə məlumatları olmadığını bildirən ailə, yenidən iddia qaldıraraq qonşulardan ərizələr toplayıb. Hakim Ayaz Məmmədov isə Xumar Mərdanova ilə eyni qrupda oxuduqlarını bildirib və onunla əlaqə saxlayaraq, Kərimovlar ailəsinin uzun müddətdir burada yaşadığını qeyd edib.
Digər şikayətçi Nüşabə Hüseynova isə ailənin uzun illərdir həmin evdə yaşadığını və bütün kommunal ödənişlərin ailə üzvlərinin adına olduğunu bildirib. O, Xumar Mərdanovanın kim olduğunu bilmədiyini və hakimin vəzifəsindən sui-istifadə etdiyini iddia edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının tarixi binalarında icazəsiz dəyişikliklər aşkarlanıb
Payız Azərbaycana sentyabrın 23-də gəlir
Pay torpaqları məcburi alınmayacaq - Rəsmi açıqlama
AZAL Braziliya təyyarələri ilə donanmasını genişləndirir
Azərbaycanın sağlamlıq turizmi Qazaxıstanda tanıdıldı
Ülkər Nuridən atasına duyğusal ad günü mesajı
Taksi sürücülərinin profilləri niyə bloklanır?