Yasamalda avqustun 31-də elektrik kəsintisi olacaq
Avqustun 31-də Bakının Yasamal rayonunda elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək. Bu məhdudiyyətlər, Transformator Məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədardır. Təmir işləri saat 10:00-dan 13:00-dək davam edəcək.
Minval.info xəbər verir ki, “Azərişıq” ASC-nin məlumatına görə, bu müddət ərzində Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Xaqan Dadaşov, Xıdır Mustafayev, Mirəli Seyidov, Mirzə Cabbar Məmmədzadə, Nəriman Nərimanov, Vasif Əliyev, Zahid Xəlilov, Zaur Kərimov küçələri və Mətbuat prospektinin bir hissəsində elektrik enerjisi kəsiləcək.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə yaşayan abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib