Yaşa görə orta pensiya artırılır
Növbəti ildə yaşa görə əmək pensiyasının orta məbləğinin 358 manatdan 375 manata çatmasını gözləyirik.
Minval.info-nun məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, cari ilin 10 ayında orta pensiya məbləği 331 manat qiymətləndirilir. Növbəti ildə isə bu məbləğin artaraq 345 manata çatması gözlənilir.
“Bu da birmənalı olaraq ölkədə həm minimal pensiyaların, həm də aztəminatlı ailələrin sosial rifahının dəstəklənməsi və orta pensiya məbləğinin artırılaraq əhalinin layiqli həyat səviyyəsinin təmin olunması üçün verilən növbəti dəstək tədbiri olacaq”. – deyə S.Babayev bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək
Yeni MilliÖN terminalları istifadəyə veriləcək
Bakıda 900 min manat nizamnamə kapitalı ilə şirkət yaradılıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
2018-ci ildə dolların dəyəri azalacaq – Proqnoz