“Yas və toy mərasimləri qanunla tənzimlənsin”
Deputat Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azaldılmasını təklif edib. “Qafqazinfo” xəbər verir ki, o, parlamentdə qeyd edib ki, gələn il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək:
“Bələdiyyələrlə bağlı kifayət qədər qanunlar var. Amma bunların təkmilləşdirilməsinə ehtiyac var. Vaxt və say baxımından təkmilləşmə olmalıdır. Çünki bələdiyyə üzvlərinin sayı həddindən artıq say çoxdur. Bu qədər sayda bələdiyyə üzvünün təmsilçiliyinə ehtiyac yoxdur. Elə rayon var ki, 500-ə yaxın bələdiyyə üzvü var. Ən kiçik kəndlərdə belə 3-5 bələdiyyə üzvü seçilir. Bunlar nəyə lazımdır?”.
Deputat həmçinin milli adətlərlə bağlı olan qanunlarımızın sərtləşdirilməsini təklif edib: “Burada istər yas, istərsə də toy mərasimləri yer alır. Artıq zamanı gəlib çatıb ki, bu məsələlər qanunla tənzimlənsin. İndi bunu ictimai tənbehlə tənzimləmək mümkün deyil. Ziyalılar çıxış edir, deputatlar da deyir, amma nəticəsi yoxdur. Ona görə də qanun qəbul olunmalıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"