Yardımladakı qətllə bağlı DİN və Baş Prokurorluq məlumat yaydı
Fevralın 23-də Yardımlı rayonu, Ləzran kəndi ərazisində kənd sakini Bəhruz İsgəndərovla rayonun Şovud kənd sakini Teymur Hüseynov arasında baş verən münaqişə zamanı həmin şəxslər, eləcə də Pərviz İsgəndərov, İbrahim Mirzəyev xəsarət alıb, Bəhruz İsgəndərov aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Minval.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaq zamanı hadisə yeri müayinə edilib, maddi sübutlar götürülüb, Bəhruz İsgəndərovun meyiti daxili və xarici müayinə edilib, məhkəmə-tibbi, kompleks məhkəmə-tibbi bioloji və digər ekspertizalar təyin edilib, şahidlərin ifadələri alınıb və digər zəruri istintaq hərəkətləri aparılıb.
İş üzrə Teymur Hüseynov ifadəsində Bəhruz İbrahimovu bıçaqla vurmasını etiraf edib və Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək fevralın 26-da barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib.
Rayonun Ləzran kənd sakinlərinin müraciəti nəzərə alınaraq cinayət işinin icraatı Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsinə tapşırılıb, Baş Prokurorluq və Daxili işlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılaraq rayona ezam edilib.
Cinayət işinin istintaqı və həyata keçirilən əməliyyat təhlükəsizliyi Azərbaycan Respublikasının Baş prokuroru və daxili işlər naziri tərəfindən xüsusi nəzarətə götürülüb.
Hazırda cinayət hadisəsinin bütün iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO