Yaponiyanı silkələyən sui-qəsdin yeni təfərrüatları
Ötən cümə günü silahlı hücum nəticəsində dünyasını dəyişən Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qətli ilə bağlı aparılan istintaqda yeni təfərrüatlar üzə çıxıb.
Medianews.az xəbər verir ki, Abenin qətlində şübhəli bilinən 41 yaşlı Tetsuya Yamaqami verdiyi açıqlamada daha əvvəl günahlandırdığı dini qrup olan Dünya Sülh və Birlik Uğrunda Federasiya və ya Birlik Kilsəsi anasının iflasına necə səbəb olduğunu söyləyib. Anasının 1998-ci ildə dini qrupa qoşulduğunu dilə gətirən Yamaqami daha sonra ailəsinin razılığı olmadan Nara şəhərində iki torpaq sahəsini sataraq dini qrupa külli miqdarda ianə etdiyini bildirib. Yüksək ianələrdən sonra ailəsinin maddi vəziyyətinin getdikcə pisləşdiyini və maliyyə çöküşünü izah edən təcavüzkar, Abenin anasının iflasında günahlandırdığı qrupa dəstək verdiyinə inandığını təkrarlayıb.
Yamaqami həmçinin etiraf edib ki, sui-qəsddən bir gün əvvəl istintaq altında olan dini qruplaşmaya bağlı obyektə gedib və silahını sınaqdan keçirib. Polis, digər tərəfdən, Nara şəhərindəki obyektə baxış zamanı divarda güllə kimi izlər və güllə parçaları olduğu düşünülən metal parçaları olduğunu açıqlayıb.
İddiaların mövzusu olan kilsədən verilən açıqlamada hücum edənin anasının dini qruplaşmanın davamçısı olduğu təsdiqlənib. Qeyd olunur ki, insanlar könüllü olaraq ianə verir və ianələrin miqdarına qərar verirlər, Abe isə daha əvvəl qrup tədbirinə “təşkilatın sülhü təşviq etmək üzrə fəaliyyətini tərifləmək üçün” mesaj göndərib. Buna baxmayaraq, Abenin qrupun üzvü və ya məsləhətçisi olmadığı vurğulanıb.
Xatırladaq ki, Yaponiyanın keçmiş baş naziri Şinzo Abe cümə günü Nara şəhərində seçki çıxışı zamanı güllələnib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü