Yanvarın 1-dən pensiyalar bu qədər artacaq
Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər artırılacaq.
Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, bu artımın 13-14 faizə yaxın olacağı gözlənilir: “Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər – təxminən 13-14 faizə yaxın artırılacaq. Bu, bütün pensiyalara, o cümlədən minimum pensiayalara şamil olunacaq”.
A.Kərimov əlavə edib ki, artımdan sonra minimal pensiyaların məbləğinin 230 manata çatacağı gözlənilir:
“Artıq minimum pensiyaların məbləğini təqribən 72 faiz artıraraq 200 manata çatdırmışıq. Biz gözləyirik ki, indeksləşdirilmə nəticəsində baş verəcək artımdan sonra pensiyaların minimal məbləği 230 manata yaxın olacaq.
Prezident İlham Əliyevin də tapşırığı var ki, əhalinin sosial təminatı gücləndirilməli, sosial rifah yaxşılaşdırılmalıdır. Buna görə də hazırda pensiyaların minimal məbləğinin artırılması nəzərdən keçirilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır