Yanğınsöndürmə gəmisi təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Vixr-8” yanğınsöndürmə gəmisinin əsaslı təmiri başa çatıb.
ASCO-dan Minval.İnfo-ya verilən məlumata görə, təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib. Gəminin baş və köməkçi mühərrikləri, nasosları, boru sistemləri təmir edilib. Bundan başqa, heyətin yaşayış və xidməti otaqları, sanitar qovşaqlar yenilənib. Gəmidə iki ədəd yeni hava kompressoru quraşdırılıb, val və sükanaltı qurğuları təmir edilib. “Vixr-8” gəmisi tərsanəyə qaldırılaraq gövdəsi təmizlənib və rənglənib.
Gəminin mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra onun dəniz sınağı həyata keçirilib. Sınaq uğurla başa çatdırılıb və gəmi yenidən istismara qaytarılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!