“Yanardağ”a giriş qiymətləri açıqlandı
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna girişin qiymətləri açıqlanıb.
Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açıqlama verib.
Onun sözlərinə görə, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda qiymətlər avqustun 1-dən artırılacaq: “Xarici vətəndaşlar üçün qoruğa giriş doqquz manat, yerli vətəndaşlar üçün isə iki manat, tələbələr üçün bir manat, məktəblilər üçün isə pulsuz olacaq. Bir sıra şirkətlər əvvəlcədən saziş bağlayıblarsa və əllərində sübut varsa, onlar köhnə qiymətlərlə qoruğa daxil olacaqlar”.
Fuad Nağıyev qeyd edib ki, gün ərzində “Yanardağ”a 500-700 əcnəbi turist gəlir və hazırda da dinamika müşahidə edilir:
“Yerli əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik, hotellər, turizm informasiya mərkəzlərində “Yanardağ”la bağlı məlumatlar olacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır