“Yanlış Anlama 2” filmin nümayişi olacaq
“CinemaPlus” kinoteatrlar şəbəkəsində eksklüziv olaraq 30 sentyabrdan Türkiyə istehsalı olan “Yanlış Anlama 2” filminin nümayişi başlayır.
Minval.info xəbər verir ki, film yemək bişirmək qabiliyyətini itirdiyini düşünən aşpazın hekayəsindən bəhs edir. Hekayə qəhrəmanın Türkiyədən Azərbaycana səyahəti ilə başlayır və burada çoxlu müxtəlif məzəli macəralarla qarşılaşır.
Rejissor Aykut Taşkındır. Baş rollarda Cemal Hünal, Yılmaz Gruda və Fatih Özkan çəkiliblər. Filmdə türkiyəli aktyorlarla yanaşı, İslam Mehrəliyev, Elcan Rəsulov, Gülşən Hüseynli kimi yerli aktyorlarımız da rol alıblar.
ƏLAQƏLİ
Alkoqol və narkotik asılılığının müalicəsində tənəffüs məşqlərinin rolu
Film haqqında qısa məlumat: Nüfuzuna çox dəyər verən aşpaz Ceyhun, uşaqlıqdan ona hər şeyi öyrədən Əhməd Usta və onlardan heç vaxt ayrılmayan Fazil hər şeyə əvvəldən başlamaq üçün Bakıya gedirlər. Aşpaz Aydan Azərbaycan restoranında anasının işini Əhməd Ustanın köməyi ilə anasının reseptini tapmağa davam edir, aşpaz Ceyhun isə ənənəvi Azərbaycan reseptlərini kəşf edərək tamamilə yeni bir kulinariya səyahətinə çıxır.
ƏLAQƏLİ
Abituriyentlər üçün sevindirici xəbər: keçid ballarında dəyişikliklər
https://www.youtube.com/watch?v=r-q5QVpo31I
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alkoqol və narkotik asılılığının müalicəsində tənəffüs məşqlərinin rolu
Abituriyentlər üçün sevindirici xəbər: keçid ballarında dəyişikliklər
Sosial məzuniyyət kimlər üçün nəzərdə tutulub?
Nar ilə inklüzivliyə dair hekayələr təqdim olunur
Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi sürətlə irəliləyir
Toyota dünya avtomobil bazarında liderliyini qoruyur
FHN təlim keçirdi