Yağış yağacaq

Azərbaycanda oktyabrın 29-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Minval.info- a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Axşam isə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 14-16° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-4° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!