Yəhudi Qarabağ şəhidimizin adına küçə veriləcək - FOTO
Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev paytaxtımızda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi üçün Bakı şəhəri icra hakimiyyətinə müraciət edib.
Müraciətlə tanış olan Hacıbala Abutalıbov Nərimanov rayonundakı küçələrdən birinin adının dəyişdirilməsi ilə bağlı sərəncam verib.
Sərəncama əsasən Nərimanov rayonu Aşıq Molla Cümə küçəsi ilə Əhməd Rəcəbli küçəsi arasındakı adsız küçəyə Azərbaycanın Mili Qəhrəmanı Albert Aqarunovun adı veriləcək.
Sərəncamda lövlənin vurulması üçün Əmlak Məsələləri Dövlət Komitəsindən xahiş edilməsi və nəzarət üçün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevə tapşırıq verilməsi qeyd olunub.

Qeyd edək ki, Albert Aqarunov Yəhudi əsilli Azərbaycan milli qəhrəmanıdır. O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib