Xüsusi qayğıya ehtiyac olan uşaqlar üçün - İLK
İlk dəfə olaraq bu ildən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil sisteminin asanlaşdırılması istiqamətində yenilik tətbiq ediləcək.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva məlumat verib.
O bildirib ki, evdə və xüsusi təhsil formaları mövcuddur, ümumi təhsilin hamı üçün əlçatan olmasını təmin etməyə çalışırlar: “Artıq həmin uşaqların valideynləri də elektron qeydiyyat sisteminin tətbiq edildiyi səkkiz ərazi üzrə bütün sənədləşmə işlərini elektron qaydada apara biləcəklər. Sistem özü həmin uşaqlara müvafiq istiqamətdə avtomatik növbələr tətbiq edərək, onların işini daha da rahatlaşdırmağa çalışacaq.
Valideyn həm xüsusi məktəbi, həm internat tipli gimnaziyanı, həm də inteqrasiya tipli təlim müəssisəsini elektron sistem vasitəsilə seçərək övladının qeydiyyatını apara biləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır