Xoşqədəm Ramil Usubov barədə paylaşım etdi — MƏTN / FOTO

Minval.İnfo-nun məlumatına görə, teleaparıcı başsağlığı mətnində anaların insan taleyində rolundan yazıb:
“Anadan yazmaq , danışmaq mənim üçün olduqca çətindir. İstər səksən, istər otuz fərq etməz. Sən onun yanında güclüsən, sən ona sığınıb rahat şəkildə ağlaya, dərdini söyləyə bilərsən. Ananın əlləri saçına toxunanda elə bilərsən ki, körpə uşaqsan. Xəyallara dalarsan, onun sehirli əlləriylə uşaqlığın, bütün həyatın kino lenti kimi gözünün önündən keçər. Mən bir etiraf edəcəm. Anamın yaşının üstünə yaş gəldikcə qorxuram. Gecələr qulağım səsdə, gözüm telefondadır. Xarici çəkilişlərə gedərkən təyyarədə olduğum vaxt mənim ən çətin anlarım olur. “Tez ensəydi bu təyyarə” deyirəm və enən kimi ilk bacıma zəng vurub anamı soruşuram. Mən qorxuram. Onu itirməkdən, yetim qalmaqdan, anasız qalmaqdan qorxuram. Neçə yaşınız olursa, olsun anan həyatdadırsa, sən çox güclüsən. O, bir güc mənbəyidir. O, eşqdir, hər şeydir! Dünən Daxili işlər naziri, general polkovnik cənab Ramil Usubovun anası dünyasını dəyişib. Məkanı cənnət olsun. Mənim atamın cənab nazirdən söz düşərkən, söylədiyi bir söz var: “Kişi oğlu kişi”. Mənim atam kimi yüzlərlə insan bu sözü deyir. Bəli, övladın yetişməsində atanın da rolu var. Amma ən böyük qüvvə anadır. Dünyasını dəyişən o ana , Azərbaycana Ramil Usubov kimi ləyaqətli, vətənpərvər, millətini sevən oğul yetişdirib. Məkanın cənnat olsun, ana! Sən Azərbaycanımıza ləyaqətli, şərəfli övladlar yetişdirmisən. Qəbrin nurla dolsun. Allah rəhmət eləsin! Axır qəminiz olsun, Azərbaycanımızın ləyəqətli oğlu!”
Qeyd edək ki, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun anası dünən vəfat edib. Allah rəhmət eləsin!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib