Xoşqədəm döyülməyindən danışdı: Bir küncə sıxıb, başıma ...
“Xəzər” telekanalında Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Səni axtarıram” verilişində aparıcı başına gələn hadisə barədə danışıb.
O, körpəsinə işgəncə verdiyi görüntülərlə ölkə gündəmini əsas mövzularından birinə çevrilən Könülün dərdinə yandığını bildirib. Aparıcı həmçinin Könülün qarşılaşdığı hazırkı durumla illər öncə özünün qarşılaşdığı etirafını edib:
“Siz elə bilirsiniz ki, Xoşqədəm belə idi? Mənim 20 yaşıma qədər başıma vururdular. Əlimdə nə var alıb, yeyirdilər. Bunu etiraf etmək istəmirəm. Keçmişə qayıtmaq istəmirəm, keçmişi unuduram mən. Amma bunu həyatım boyu unutmayacam. Könülün yaşadıqlarını mən də görmüşəm. Mətbəxdə bir küncdə sığınmışdım. Başıma bir şillə vurdular ki, xoşun gəlir budur, xoşun gəlmir bu deyil. Mən onda heç nə etmədim, sadəcə ağlayırdım. Amma mənə indi baxın. Sizcə, məni indi vurmaq olar?! Düşdüyümüz vəziyyət, mühit bizi elə vəziyyətə gətirir ki, insan özü özünü tanımır”.(milli.az)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda zavod yandı - VİDEO
Bir qrup deputatın koronavirus testinin nəticəsi məlum oldu SİYAHI
Etimad Əsədov vəfat etdi
DİN metal qəbulu məntəqələri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
İtkin düşən oğlanın meyiti 15 gün ağacdan asılı qaldı - Oğuzda şok hadisə