Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi
Baku.ws-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Allahverən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Təqsirləndirilən şəxs, əmisinin evindən qızıl-zinət əşyaları oğurlamaqda və anasını qətlə yetirməkdə ittiham olunurdu.
Məhkəmənin hökmü ilə Allahverən Əhmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama əsasən, Əhmədov əslən Laçın rayonundan olsa da, Ağcabədi rayonunda yaşayıb. Anası Afət Əhmədova isə atasından boşandıqdan sonra Bakıya köçüb. Allahverən anasının geri qayıtmasını istəyib, lakin Afət Əhmədova bu təklifləri rədd edib.
Xocalı şəhərinə işləməyə gedən Allahverən, oradan lüləsi kəsilmiş ov tüfəngi tapıb və onu gizli yollarla Ağcabədiyə gətirib. O, bu silahla anasını öldürmək qərarına gəlib. Əmisinin evindən oğurladığı qızıl-zinət əşyalarını sataraq, Bakıya yollanıb və anası ilə görüşüb. Anasına yaxınlaşaraq, onu yaşadığı evə dəvət edib və orada anasını qətlə yetirib.
Allahverən Əhmədov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə, o cümlədən qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə ittihamları ilə mühakimə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü
Milyarder Süleymanovun işində killerlər ortaya çıxdı: İki nəfər həbs edildi
Ramin İsayevin 100 milyonluq əmlakı müsadirə olundu
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Şirkət rəhbəri tikinti üçün aldığı 1.3 milyon manatı mənimsəyib
Raqif Abbasovun 12 il həbsi tələb edildi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi