22.10.2026 - 17:14
Danimarka Rusiyaya qarşı uzaqmənzilli raketlər alır
Dünya 137 baxış

Danimarka Rusiyaya qarşı uzaqmənzilli raketlər alır

Danimarka öz təhlükəsizliyini artırmaq məqsədilə ilk dəfə olaraq milyardlarla dollar dəyərində uzaqmənzilli və yüksək dəqiqlikli raketlərin alınmasına dair saziş hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə TV2 telekanalı anonim mənbələrə istinadən məlumat verib.

Kopenhagen, ABŞ istehsalı olan “Anthem” raketlərini, F-35 qırıcıları üçün nəzərdə tutulan “Joint Strike Missile” (JSM) raketlərini və gələcəkdə daha uzaqmənzilli JASSM raketlərini almağı planlaşdırır.

Danimarka hökuməti bu addımı müdafiə strategiyasının yenilənməsi kimi dəyərləndirib. Yeni raketlər, Rusiya qoşunlarının mövqelərindən xeyli uzaqda yerləşən hədəfləri vurmaq imkanına malik olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: