22.10.2026 - 16:14
ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır?
Dünya 100 baxış

ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır?

ABŞ İrana qarşı yeni əməliyyat hazırlıqlarına başlayıb. Vaşinqtonun qoşunlarını İran sərhədinə yaxın ərazilərə yerləşdirdiyi iddia edilir.

Publika.az-ın məlumatına görə, bu barədə “Drop Site News” nəşri xəbər yayıb.

ABŞ-ın münaqişəni yenidən alovlandırmaq niyyətində olduğuna dair xəbərlər daha əvvəl də mediada yer alıb. Fevral ayından bəri gərginlik davam edir və bu müddət ərzində İran İsrail, Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanına zərbələr endirib. Tehran, hücumların ABŞ-ın hərbi bazalarına yönəldiyini bildirib və Türkiyəyə zərbələrin endirildiyini təkzib edib.

Yaxın Şərq ölkələri İranın bu addımlarını tənqid edərək, BƏƏ səfirliyini bağlayıb və səfirini geri çağırıb, Səudiyyə Ərəbistanı isə İrana cavab zərbələri ilə hədələyib.

İran Hörmüz boğazını faktiki olaraq bağlayıb ki, bu da enerji resurslarının qiymətlərinin artmasına səbəb olub. İranın ali rəhbəri, boğazın blokadada saxlanılmasının təzyiq vasitəsi kimi istifadə edilməsinin vacibliyini vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: