Xırdalanda sakinlərdən qanunsuz yolbənd narazılığı
Xırdalan şəhərində yerləşən Abşeron Gənclər Şəhərciyinin sakinləri ərazidə qanunsuz yolbənd quraşdırılması və yüksək məbləğdə ödənişlər tələb olunması ilə bağlı narazılıqlarını bildiriblər. Sakinlər bu maneənin həm orada yaşayanlara, həm də əraziyə gələn digər vətəndaşlara çətinlik yaratdığını qeyd edirlər. Bundan əlavə, avtomobil saxlanılması üçün tələb olunan ödənişlərin hüquqi əsasının qaranlıq qaldığı vurğulanır.
Minval.info xəbər verir ki, sakinlərdən biri, Fəqani Qəhrəmanov, bu məsələyə dair narazılığını ifadə edərək, bank girovunda olan obyektlərdən qanunsuz istifadə edildiyini iddia edir. O, Nicat Məmmədov adlı şəxsin ödənişin onun şəxsi kartına köçürülməsini tələb etdiyini və rəsmi qəbz istədikdə mənfi reaksiya ilə qarşılaşdığını bildirib. Həmçinin, ərazidə qanunsuz yolbəndin quraşdırıldığını da qeyd edib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Araşdırma nəticəsində, Abşeron Gənclər Şəhərciyinin arxa hissəsində quraşdırılan avtomatik çəpərləmə qurğusunun yanğın təhlükəsizliyi qaydalarını pozmadığı müəyyən edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib