Xırdalanda sakinlər tikinti şirkətindən narazıdır
Xırdalan şəhərində yaşayan bir qrup sakin, tikinti şirkətinin fəaliyyətinin onların həyatını təhlükə altına aldığını iddia edir. Eldar Həziyev adlı sakin, iki həftə əvvəl Baku TV-nin eyni ünvanda çəkiliş apardığını xatırladıb.
Minval.info xəbər verir ki, Həziyev “EkoPark” yaşayış kompleksinin yanında tikilən hasarın təhlükə yaratdığını öncədən bildirdiyini deyib. Onun sözlərinə görə, bu narahatlıq qısa müddət sonra gerçək olub.
“Tikilən 18 metrlik hasar evimin üstünə çöküb. Yataq otaqlarına girmək artıq mümkün deyil. Hər an daşlar pəncərədən içəri düşə bilər. Çox pis vəziyyətdəyik”, – deyə o bildirib.
Şikayətçi Şəxsiyyət Həziyeva da tikinti işlərinin başladığı andan etibarən şirkəti dəfələrlə təhlükə barədə xəbərdar etdiklərini, lakin narahatlıqlarının nəzərə alınmadığını qeyd edib: “Tikinti başlayandan onlara deyirdik ki, ev tərpənir, təhlükə var. Təxminən 10 gün əvvəl də şirkətə gedib demişdim ki, bu hasar bizim üstümüzə gələcək. Mənə ‘narahat olmayın’ dedilər. Amma külək əsən kimi hasar uçdu”.
Şirkətin nümayəndəsi isə sualları cavablandırmaqdan yayınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"