XİN: Danimarkanın «Novo Nordisk» şirkəti Dağlıq Qarabağ ərazisində heç bir iqtisadi fəaliyyətlə məşğul deyil

Danimarkanın dərman preparatları istehsalçısı olan «Novo Nordisk» şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimə dərman məhsullarının satışının həyata keçirilməsi haqqında məlumat Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi tərəfindən araşdırılıb.
Nazirlikdən Minval.İnfo-ya verilən məlumata görə, araşdırma nəticəsində müəyyən olunub ki, Danimarkanın «Novo Nordisk» şirkəti Dağlıq Qarabağ ərazisində heç bir iqtisadi fəaliyyətlə məşğul deyil, bu ərazi ilə heç bir ticarət müqaviləsi mövcud deyil və Dağlıq Qarabağa heç bir məhsul ixrac edilməmişdir. Bu məlumatı öz məktubunda təsdiq edən Danimarka şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət etdiyini və Azərbaycanın milli qanunvericiliyi, eləcə də beynəlxalq hüquqa uyğun fəaliyyət göstərdiyini xüsusi olaraq vurğulayıb. Danimarka şirkəti, həmçinin mətbuatda bu cür xəbərlərin yayılmasından narahat olduğunu və «Novo Nordisk»in Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah dağlıq ərazilərdə qar yağacaq, dağlarda şaxta olacaq
Ceyhun Bayramov Rus dili ilə bağlı əmr imzaladı
Yeni icra başçısı məsləhətçiyə yüksək vəzifə verdi
Məhkəmə generalın oğlunun şikayətini təmin etmədi
Vilayət Eyvazovdan yeni təyinat
Azərbaycan-İran sərhədində zəlzələ baş verib