06.10.2026 - 08:17
Abşeronda döyülən şəxs xəstəxanada vəfat edib
Hadisə 2 baxış

Abşeronda döyülən şəxs xəstəxanada vəfat edib

Abşeron rayonunda 3 gün əvvəl baş verən hadisə faciə ilə nəticələnib. Restoranda döyülən 32 yaşlı şəxs xəstəxanada həyatını itirib.

Minval.info xəbər verir ki, 1994-cü il təvəllüdlü Cavid Nəzərli oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimində fiziki hücuma məruz qalıb. Hadisə zamanı Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyülən Cavid Nəzərli ağır xəsarətlər alıb.

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Burada bir neçə gün komada qalan Cavid Nəzərlinin vəziyyəti kritik olaraq qalıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, bu gün dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Bu faciəvi olayın təfərrüatları və səbəbləri araşdırılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: