06.10.2026 - 10:16
Qara dənizdə hücum nəticəsində azərbaycanlı kapitan həlak oldu, biri itkin düşüb
Hadisə 3 baxış

Qara dənizdə hücum nəticəsində azərbaycanlı kapitan həlak oldu, biri itkin düşüb

Qara dənizdə, Rumıniya sahillərinə yaxın ərazidə “Royad Məmmədov” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Hadisə nəticəsində bir azərbaycanlı vətəndaş həyatını itirib, digəri isə itkin düşüb.

Minval.info xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə rəsmi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, hücum nəticəsində gəminin kapitanı, 1974-cü il doğumlu Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. 2002-ci il doğumlu digər vətəndaşımız Süleymanzadə Məhəmməd Həmzə oğlu isə hələ də tapılmayıb və axtarış tədbirləri davam etdirilir.

Gəmidə olan digər azərbaycanlı vətəndaşlar xilas edilib, onlardan üçü xəstəxanaya yerləşdirilib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparır. Vətəndaşlarımızın təhlükəsizliyi və həlak olanların cənazələrinin vətənə gətirilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Həlak olan soydaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verilir, xəsarət alanların tezliklə sağalması arzulanır. Nazirlik həmçinin Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların davam etdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən çəkinməyi tövsiyə edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: