Xeyrəddin Qocanın 70 illiyi qeyd olunub - Fotolar
Ötən gün Beynəlxalq Muğam Mərkəzində tanınmış nasir və publisist Xeyrəddin Qocanın anadan olmasının 70 illiyinə həsr edilmiş musiqili-bədii gecə keçirilib.
Minval.info “AzərTac”a istinadən xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının aparıcılığı ilə keçən gecədə ədibin çağdaş həqiqətlərə işıq salan bədii və publisistik yaradıcılığından geniş söhbət açılıb.
Tədbirdə Azərbaycan Yazıçılar İttifaqının katibi, Xalq yazıçısı Çingiz Abdullayev yubilyarın mənalı ömür yoluna nəzər salıb, onun milli maraqlarımızla səsləşən, vətəndaşlıq duyğularından qaynaqlanan ədəbi-bədii yaradıcılığından söz açıb. Bildirib ki, Xeyrəddin Qoca xalqa xidmətlə keçən şərəfli bir ömür yaşayaraq cəmiyyətdə layiqli nüfuz qazanıb.
Gecədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclis sədrinin müavini Bahar Muradova və başqaları çıxış edərək Xeyrəddin Qocanın satirik-dramaturji yaradıcılığından, onun hədsiz səmimiliyindən, baməzəliklərindən söz açıblar.
Yubilyarın qəzetçilik və publisistik, ictimai-siyasi və diplomatik fəaliyyətindən danışan natiqlər Xeyrəddin Qocanı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Gecədə yazıçı-satirikin ərsəyə gətirdiyi tamaşalardan qısa səhnələr nümayiş olunub və rəngarəng musiqi parçaları təqdim edilib.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Sonda Xeyrəddin Qoca mərasimin təşkilində zəhməti olanlara minnətdarlığını bildirib, bundan sonra da ədəbiyyatımıza yeni töhfələr bəxş edəcəyini söyləyib.








Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər