Xərçəng hüceyrələri kimyaterapiyanı yadda saxlayır: yeni kəşf
Nyu-York Universitetinin professoru, neyrobioloq Nikolay Kukuşkinin tədqiqatları hüceyrə yaddaşının orqanizmdə gözləniləndən daha əhəmiyyətli rol oynadığını ortaya qoyur. Kukuşkinin sözlərinə görə, immunitetin anadangəlmə hissəsi əvvəlki təsirləri “öyrənə” bilir və bəzi xərçəng hüceyrələri kimyaterapiyanın təsirini yadda saxlayaraq müalicəyə qarşı daha davamlı ola bilər.
Minval.info xəbər verir ki, bu proses alimlər arasında “təlim keçmiş immunitet” adı ilə tanınır. Kukuşkinin araşdırmalarına əsasən, kimyaterapiya zamanı sağ qalan şiş hüceyrələri daha davamlı hala gəlir və bu, təsadüfi mutasiyalarla yanaşı, hüceyrə yaddaşı ilə də əlaqələndirilir.
Alim vurğulayır ki, hüceyrələr təsirin yalnız özünü deyil, onun müddətini və zaman ardıcıllığını da fərqləndirə bilir. Uzunmüddətli və fasilələrlə təsir edən maddələr hüceyrə üçün fərqli nəticələr doğura bilər.
Bu cür mexanizmlər dəridəki melanositlərdə və sümük toxumasında da müşahidə olunur. Melanositlər ultrabənövşəyi şüalanmaya, sümük hüceyrələri isə mexaniki yüklənməyə uyğun uzunmüddətli cavablar formalaşdıra bilir.
Kukuşkinin fikrincə, hüceyrələr baş verənləri müəyyən formada “qeyd edir” və bu yaddaş xərçəng hüceyrələrində müalicəyə qarşı davamlılığın yaranmasına səbəb ola bilər, bu da orqanizm üçün həm faydalı, həm də çətinlik yaradan bir vəziyyətdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çeynənən tütünün faciəvi təsiri: 251 min insanın həyatı sona çatıb
Fıstığın yaşlıların beyninə təsiri ilə bağlı yeni araşdırma
Öskürək zamanı sitrus meyvələri və şirniyyatdan çəkinin
Sumqayıtda 13 tibb işçisi işdən azad edildi
Payızda istehlak üçün ən faydalı tərəvəzlər açıqlandı
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası gerçəkləşdirildi
Qəhvənin insanlara fərqli təsiri: Dietoloq elmi əsasları açıqladı