19.11.2026 - 16:54
Bakıda məşhur mebel mağazası bağlandı
Hadisə 399 baxış

Bakıda məşhur mebel mağazası bağlandı

Mündəricat

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlərini davam etdirir. Publika.az xəbər verir ki, bu məqsədlə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 29B ünvanında yerləşən “İnterturan” mebel mağazasında yoxlamalar aparılıb.

Yoxlama zamanı mağazada yanğın təhlükəsizliyi ilə bağlı ciddi nöqsanlar aşkar edilib. Elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”na uyğun quraşdırılmaması, taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulmaması və ilkin yanğınsöndürmə vasitələrinin olmaması bu nöqsanlar arasında yer alır. Bundan başqa, köçürmə yollarının müxtəlif materiallarla tutulduğu və obyektin “İcbari sığortalar haqqında” qanuna uyğun sığortalanmadığı da bildirilib.

FHN-dən qeyd edilib ki, bu çatışmazlıqlar nəticəsində mağazada hər an baş verə biləcək yanğın, faciəyə səbəb ola bilər. Buna görə də “İnterturan” mebel mağazasının fəaliyyətinin dayandırılması qərara alınıb.

XƏBƏRİN VİDEOSU

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: