Xarici vətəndaşlıq alan azərbaycanlılar hərbi xidmətə çağırılır
Xarici ölkənin vətəndaşlığını qəbul edən, lakin Azərbaycan vətəndaşlığını itirməyən şəxslərin hərbi xidmətə çağırılması məsələsi açıqlanıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatına görə, bu şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Minval.info xəbər verir ki, Xidmətin əməkdaşı Kapitan Zəfər Əsgərli bu barədə məlumat verib. O bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan vətəndaşlığını itirməmiş şəxslər hərbi xidmətə cəlb oluna bilərlər.
Əsgərli əlavə edib ki, Azərbaycan vətəndaşlığından rəsmi şəkildə çıxma məsələsi ayrıca hüquqi prosedurla müəyyən edilir və bu, avtomatik baş vermir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib