Xarici jurnalistlər Cəbrayıl rayonunda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqda olublar
Cənubi Amerikadan olan jurnalistlər qrupu erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda olublar.
“Minval.info” xəbər verir ki, Meksika, Kolumbiya, Braziliya və Argentinanın aparıcı nəşrlərinin və telekanallarının nümayəndələri minalardan təmizləmə prosesinin gedişatı ilə tanış olublar, Cəbrayıl rayonundakı dağıntıları öz gözləri ilə görüblər.
Onlar həmçinin, ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqda olublar. Qəbiristanlıq faktiki olaraq yerlə-yeksan edilib. Demək olar ki, bütün qəbirüstü daşlar dağıdılıb, qəbirlər qazılıb.
Yaxınlıqdakı bütün ərazilərə minalar yerləşdirildiyindən təhlükəsizlik məqsədilə yalnız xüsusi ayrılmış cığırla hərəkət etməyə icazə verilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!