Xankəndidə son vəziyyət: bu gün Vardanyanla bağlı qərar veriləcək
Xankəndidəki separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Ruben Vardanyan bu gün “postundan” uzaqlaşdırıla bilər.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu gün separatçıların “başçısı” Araik Arutyunyanın müraciət edəcəyi və Rubeni “vəzifəsi”ndən uzaqlaşdıracağı gözlənilir.
“Birinci xəbər” saytı yazır ki, R.Vardanyan “istefa ərizəsi” yazmaqdan qəti şəkildə imtina edib: “Buna görə də Arutyunyan onu “vəzifəsindən” çıxarmaqla bağlı qərar verəcək. Güman ki, bu gün qərar televiziya (separatçıların kanalı-red) vasitəsilə elan olunacaq. Artıq məlumdur ki, Rubenin yerinə “baş prokuror” Qurgen Nersisyan hazırlanır”.
Sayt yazır ki, Ruben hələ də dirəniş göstərir və müəyyən dəstəyi də var.
“Vardanyanın bundan sonra Xankəndidə qalacağı, yoxsa İrəvana gələcəyi bəlli deyil. Lakin onun Rusiyaya qayıdacağı, yaxud başqa ölkəyə gedəcəyi istisna edilir”, – məlumatda bildirilir.
Qeyd edək ki, Ruben Vardanyanın Xankəndindən çıxarılması rəsmi Bakının əsas tələblərindəndir.
ƏLAQƏLİ
Quyruqlu uşaq iddiasından xilafət xülyasına: Azərbaycana dil uzadanlar kimlərdir?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kıbrısda yeni təkliflərə Erhürmandan sərt reaksiya
Filippinlərdə vitse-prezident Duterte ittihamları rədd edir
Güney Azərbaycan Səhənd Partiyasından Azərbaycanla bağlı bəyanat
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər