Xankəndi-Şuşa yolunda baş verən qəza: Bir nəfər ölü, bir nəfər xəsarət aldı
Xankəndi-Şuşa yolunda baş verən qəza nəticəsində bir nəfər həyatını itirib, digər bir nəfər isə ağır xəsarət alıb.
Minval.info xəbər verir ki, iyulun 30-da saat 21:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xankəndi-Şuşa yolu ərazisindən çağırış daxil olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb, digər bir nəfər (kişi) isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 1990-cı il təvəllüdlü şəxsin kəllədaxili travma diaqnozu ilə müalicəsi davam edir.
Reanimasiya şöbəsində müalicə olunan pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
Qəzada sürücü Bayram Verdiyev hadisə yerində ölüb, avtomobildə olan Orxan Şirinov isə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu