Xanım qafarovanın qızı anasının həyat mübarizəsindən danışdı: "Dua edirdim ki, allah, anam ölməsin
Mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər, anası ilə bağlı xatirələrini paylaşaraq onun həyat mübarizəsindən danışıb.
Minval.info xəbər verir ki, Gövhər, anasının onun üçün çəkdiyi əziyyətləri və fədakarlığını vurğulayıb. O, anasının gecə saatlarında evə gəldiyini və bu səbəbdən onunla çox az vaxt keçirdiyini bildirib.
Gövhər, anasının hamiləlik dövründə belə səhnədən ayrılmadığını və çox çalışdığını qeyd edib. Xanım Qafarova, 40 yaşında ailə qurub və 46 yaşında dünyasını dəyişib. Gövhər, anasının nə iş, nə də şəxsi həyatında xoşbəxt olmadığını bildirib.
Valideynlərinin ayrıldığını və atasının ölümünə qədər onunla əlaqəsinin olduğunu qeyd edən Gövhər, nənəsi və xalası ilə yaşadığını və ana qayğısını onlardan gördüyünü söyləyib. Anasının sağlamlığına laqeyd yanaşdığını və müalicə alarkən belə səhnəyə çıxdığını xatırladıb.
Xanım Qafarovanın xərçəngdən əziyyət çəkdiyini və 2014-cü ildə vəfat etdiyini də əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib