Xan qızının unudulmaz mirası: Xurşidbanu natəvanın doğum günü və onun mədəniyyətə töhfələri
Bu gün Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın doğum günü qeyd olunur. 1832-ci ildə Şuşada dünyaya gələn Natəvan, Mehdiqulu xanın qızı olaraq, ailənin yeganə övladı idi. O, Qarabağ xanlarının sonuncu vərəsəsi kimi sarayda “Dürrü yekta” (Tək inci), el arasında isə “Xan qızı” adlandırılırdı.
Minval.info xəbər verir ki, Xurşidbanu Natəvan, parlaq istedadı və qabaqcıl idealları ilə Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər buraxmışdır. Onun soy kökü, Cavanşirlərin və Ziyadoğlu Qacarların qanını daşıması, bu fenomenin meydana gəlməsində əhəmiyyətli rol oynayıb.
Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazmışdır. Onun bəzi əsərləri Vasif Quliyevin “Dünənə uzanan cığır” kitabında yer alıb. Natəvanın yaradıcılığı XIX əsrin 50-ci illərində başlayıb və “Xurşid” imzası ilə yazdığı şeirlərin yalnız az bir hissəsi günümüzə gəlib çatıb.
Xurşidbanu Natəvan, həm də xeyriyyəçi və fəal ictimai xadim kimi tanınır. O, Şuşada “Məclisi-üns” ədəbi məclisini təşkil etmiş və 1873-cü ildə Şuşaya su kəməri çəkdirmişdir. Bu su kəməri “Xan qızı bulağı” adı ilə məşhurdur. Natəvan, həmçinin Araz çayından Mil düzünə su kəməri çəkməyə təşəbbüs göstərmişdir.
Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat etmiş və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunmuşdur. Onun adına küçə, klub, kitabxana və məktəb var. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və muzeylərdə saxlanılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib